Ermənistan “rus NATO-su”na qayıtmır-Paşinyan açıqladı

Ermənistan “rus-NATO-su” sayılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini bərpa etmək fikrində deyil.

Musavat.com Ermənistan mediasına istinadən məlumat verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan danışıb.

“İndiki mərhələdə Ermənistan KTMT-nin bütün orqanlarında iştirakını dondurub və hələ ki, başqa qərarlar qəbul etmək fikrində deyil”,- deyə Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan cari ilin fevral ayında ölkəsinin KTMT-də fəaliyyətini dondurması barədə məlumat vermişdi.

Cavanşir ABBASLI
Musavat.com

31.08.2024 14:10
661