Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Konstitusiyasında və hüquqi aktlarında dəyişdirilməli müddəaların olması barədə fikirləri ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb.
İcmadan Musavat.com-a daxil olan bəyanatda deyilir:
“Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Konstitusiyasında və hüquqi aktlarında dəyişdirilməli müddəaların olması barədə fikirlərini məsuliyyətsizlik kimi dəyərləndiririk. Deyəsən, o, Vardan Oskanyan kimi hələ də özünün uydurduğu paralel dünyada yaşayır.
Alen Simonyan qalib Azərbaycan haqqında boğazdan yuxarı danışmaqdansa, qoy gedib Ermənistan gerbində özünün dediyi kimi, “smaylikə oxşayan şiri” şərh etsin”.