Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi

Ermənistan prezidentinin ürəyində problem yaranıb və o, xəstəxanaya yerləşdirilib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Mətbuat iddia edir ki, Vaaqn Xaçaturyanın səhhəti bir neçə gün əvvəl pisləşib və o, Səhiyyə Nazirliyinin rəhbəri Anahit Avanesyanın artıq prezidentə baş çəkdiyi özəl klinikaya yerləşdirilib.

Bundan əvvəl Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan əməliyyat olunduqdan sonra xəstəxanada idi.

Musavat.com

11.11.2024 20:13
1969