Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bir müddət əvvəl sosial şəbəkələrdə aldığı təhdidlərə görə İstintaq Komitəsinə çağırılıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.
Məlumata görə, Rubinyan Ruben Kasyan adlı bir sosial şəbəkə istifadəçisindən hədə məktubu alıb. Həmin şəxs baş nazirin keçmiş köməkçisi Nairi Sarkisyanı da təhdid edib və hakim “Vətəndaş Müqaviləsi” partiyasının ofisini partlatmaqla hədələyib.