Ermənistan parlamentinin sədri Alen Simonyan yıxılaraq dirsəyini zədələyib.
“Report” Ermənistan KİV-ə istinadə xəbər verir ki, bunu ölkə parlamentinin mətbuat katibi Sovinar Xaçatryan feysbukda açıqlayıb.
Onun sözlərinə görə, parlament sədri xəstəxanaya yerləşdirilib:
“O, sadəcə sürüşüb və dirsəyini zədələyib, hazırda həkimlərin nəzarəti altındadır”.