Ermənistan ordusunun əsgəri öldürülüb

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Aleks Sureni Avanesyan sentyabrın 12-də saat 19:50 radələrində aldığı güllə yarasından ölüb.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.

13.09.2023 02:56
906