Ermənistan ordusunun əsgəri intihar edib

Ermənistan ordusunun əsgəri Aleks Suren Avanesyan aldığı güllə yarasından ölüb.

Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistanın İstintaq Komitəsinin ilkin rəyinə görə, əsgər intihar edib.

Hadisə ilə bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.

Mənbə: Sputnik Ermənistan

13.09.2023 15:46
328