Ermənistan ordusuna atəş açmamaq əmri verilib? - Papikyan AÇIQLADI

Ermənistanın müdafiə naziri Suren Papikyan Azərbaycan ordusuna atəş açmamaq əmrinin verilməsi ilə bağlı gəzən söhbətlərə reaksiya verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, yerli jurnalistlərə müsahibəsində danışıb.

“Xeyr, atəş açmağı qadağan edən heç bir sərəncam yoxdur”, - deyə erməni nazir bildirib.

“Dünən baş nazir bütün sualları cavablandırıb, Ermənistan Silahlı Qüvvələri onlara tapşırılan vəzifələri yerinə yetirməkdə davam edir”, - deyə Papikyan onu əhatələyən media mənsublarının israrlı sualına belə qısa cavabla kifayətlənib.

Musavat.com

13.03.2024 16:29
992