Ermənistan müxalifətindən Paşinyana “ağıllı” TƏKLİF

Ermənistan parlamentinin müxalif deputatı Geqam Nazaryan hökumətə Tavuş regional mərkəzinin İcevandan Kirantsa köçürülməsi barədə qərar qəbul etməyi təklif edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, bu “ağıllı” təklifini yerli parlementin tribunasından çıxışında səsləndirib.

“Bu, qəsəbənin inkişafına və genişlənməsinə kömək edəcək. Kirants sakinləri əmin olacaqlar ki, onlar Ermənistan hökumətinin bir hissəsinin işlədiyi təhlükəsiz yerdə yaşayırlar. Çox ağlabatan təklifdir”, - deyə Nazaryan bildirib.

Musavat.com

03.05.2024 13:50
905