Ermənistan parlamentində müxalif “Şərəf duyuram” və “Ermənistan” fraksiyaları parlamentin təcili iclasının keçirilməsini tələb edirlər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “Şərəf duyuram” fraksiyasının rəhbəri Ayk Mamicanyan bu gün parlamentdə jurnalistlərə iclasın çağırılmasına dair məlumat verib.
Mamicanyan artıq imzatoplama prosesinin başladığını və günün sonuna qədər müxalifətin ərizəsinin təqdim olunacağını bildirib. Təcili iclasın məqsədi, Bakıda saxlanılan erməni terrorçuları, o cümlədən Qarabağdakı keçmiş qurumun rəhbərlərinin azad olunması üçün bəyanat qəbul etməkdir.
Bəyanat Ermənistan rəhbərliyinə, beynəlxalq ictimaiyyətə və Azərbaycana çağırış kimi təqdim olunacaq. Mamicanyan qeyd edib ki, Paşinyanın əsirlərin (terrorçuların) qaytarılması ilə bağlı bəyanatına necə reaksiya verəcəyini görəcəyik. Bu tələbi rədd etmək qəribə görünə bilər.
Musavat.com