“Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası üzrə komissiyaların işi haqqında əsasnamə təsdiq olunmaq üçün parlamentə göndərilib”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə parlament sədrinin mətbuat katibi Movses Arutyunyan məlumat yayıb.
Müxalif “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan reqlamentin parlamentə göndərilməsindən xəbəri olmadıqlarını deyib.
“Sənəd gəldikdə, onu müzakirə edib qərar qəbul edəcəyik. Əvvəlcədən sənədə mənfi qiymət verməyimiz hər şeyi deyir”, - deyə Ohanyan bildirib.
Müxalifətdə olan “Şərəf duyuram” fraksiyasının rəhbəri Ayk Mamicanyan isə onların fraksiyasının komissiyanın iclaslarında iştirak etmədiyini deyib.
Musavat.com