Ermənistan müharibəyə sürüklənir - Azərbaycana qarşı daha bir XAİNLİK!

Avropanın "sülh" fondu Ermənistanı savaşa hazırlayır; daha 10 milyon avro...

Avropa İttifaqı (Aİ) müttəfiqlərin müdafiəsini dəstəkləməyi nəzərdə tutan Avropa Sülh Fondundan Ermənistana daha 10 milyon avro yardım ayırmağa hazırlaşır.

“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bu barədə “Azadlıq” radiosunun erməni xidmətinin Brüsseldəki mənbələri məlumat yayıb. Qeyd olunur ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni ali nümayəndəsi Kaya Kallas bu təklifi yaxın həftələrdə müzakirə edilməli olan Aİ Şurasına təqdim edib. Lakin müzakirənin dəqiq tarixi hələ müəyyən edilməyib. Təklif Aİ-yə üzv olan 27 ölkənin hamısı tərəfindən bəyəniləcəyi təqdirdə qüvvəyə minəcək.

Yada salaq ki, ötən il Macarıstan ilk dəfə olaraq ayrılan belə bir yardımın verilməsinə maneə yaratmış, Azərbaycanın da proqrama daxil edilməsini tələb etmişdi. Həftələrlə davam edən qapalı danışıqlardan sonra avropalı diplomatlar rəsmi Budapeştin müqavimətini dəf edə bilmişdilər. Bəs bu il necə olacaq, Macarıstan və Azərbaycana yaxın digər üzv dövlətlər hansı mövqe tutacaq, hələlik bəlli deyil. Ermənistan 2021-ci ildə yaradılan Aİ Sülh Fondundan keçən il ilk dəfə olaraq 10 milyon avro alıb. Diplomatik sənədlərə görə, bu yardımın məqsədi “Ermənistan silahlı qüvvələrinin dayanıqlığını və sabitləşdirmə qabiliyyətini artırmaq, habelə böhran və fövqəladə vəziyyətlərdə mülki əhalinin daha effektiv müdafiəsini təmin etməkdir”. Əslində isə söhbət öz qonşularına qarşı hələ də rəsmən ərazi iddiası olan bir avantürist ölkəni silahlandırmaqdan gedir.

Ermənistan növbəti maliyyə dəstəyi ayrılarsa, Bakının reaksiyası necə olacaq? Brüsseli xain hərəkəti üzündən sülh danışıqları bir az da dalana girə, müharibə riski arta bilərmi? Nəhayət, Aİ belə ədalətdirsə, 20 faiz torpaqları Ermənistan tərəfindən çirkləndirilmiş Azərbaycana heç olmasa, minaların təmizlənməsi üçün minimal həcmdə maliyyə dəstəyini niyə vermir? Avropa İttifaqı dəfələrlə Azərbaycan və Ermənistanı sülhə çağıran bəyanatlar verib, danışıqlar üçün məkan olub. Bu bəyanatların fonunda Ermənistanı təktərəfli silahlandırması isə anlaşılan deyil və müəyyən suallar doğurur. 2024-cü ildə də Aİ Avropa Sülh Fondundan Ermənistana tranş ayırmışdı. Avropa İttifaqı Şurası tərəfindən iyulun 22-də Avropa Sülh Fondu çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım edilməsi barədə qərar qəbul edilmişdi.

Nəzərə alaq ki, Ermənistana yerləşdirilmiş Aİ Müşahidə Missiyası artıq hərbi missiyaya çevrilməkdədir. Aİ tərəfindən rəsmi İrəvana hərbi yardımın göstərilməsi də bu prosesin davamıdır. Avropa Sülh Fondu 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın silahlandırılmasında aktiv iştirak edən qurumlardan birinə çevrilib ki, bu da onun əsl missiyasından tamamilə uzaqlaşdığını göstərir. Avropa Sülh Fondu 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın silahlandırılmasında aktiv iştirak edən qurumlardan birinə çevrilib ki, bu da onun əsl missiyasından tamamilə uzaqlaşdığını göstərir.

Qabil Hüseynli: “Türkiyə Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmalı  olacaq” » Reyting.az

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Avropa Sülh Fondu Ermənistandan məzlum obrazı düzəldir və ona yardım ayırmaqla əzilən tərəf kimi qələmə verir. Professor hesab edir ki, obyektivlik olsaydı, həmin maliyyə dəstəyi işğala məruz qalan ölkəyə ayrılardı. Q.Hüseynlinin fikrincə, ötən ilin 5 aprelində Brüsseldə keçirilmiş görüşün praktik nəticələri hissə-hissə görünməkdədir: “Ermənistana ictimaiyyət qarşısında elan edilməyən yardım icra olunur. Bunu hərbi pakt adlandırmaq mümkündür. Çünki Avropa Sülh Fondu sülhə xidmət etmək yerinə eskalasiyaya dəstək verir. Bu da işğalını revanşizmə həvəsləndirir”. Həmsöhbətimizin sözlərinə görə, 5 aprel görüşünün nəticələri gizlədilir, lakin Aİ-nin İrəvana yardımları həmin razılaşmadan irəli gəlir: “Azərbaycan minaların təmizlənməsi, işğalçı ordunun viran qoyduğu şəhərlərin bərpası ilə bağlı xaricdən ciddi dəstək ala bilmir. Bu da bizə qərəzdən qaynaqlanır. Dünyada az sayda görünən haldır ki, işğalçının dirçəlişi üçün proqram hazırlanır. Buna  ”Marşal planı" da demək olar. Beləliklə, Avropadan Ermənistana yardımlar genişmiqyaslı hərbi toqquşmalara səbəb olmasa belə, bölgədə sabitliyi təhdid edir".

İkitərəfli formatın qəbul edilməsi vacibdir-Züriyə Qarayeva » www.Bia.Az

Züriyə Qarayeva

Siyasi ekspert Züriyə Qarayevanın qənaətinə görə, hazırda Avropa İttifaqının bu yardımı elan etməsi üçün tezdir. Onun hesablamaları bundan ibarətdir ki, Brüsselin başı Kiyevə yardıma qarışıb və bu səbəbdən Ermənistan yada düşmür: “Ukrayna böhranı Avropanın təhlükəsizlik probleminə çevrilib. Belə şəraitdə isə öz hayında olan Qərbin Ermənistana ürəyi belə yanmır. Ona görə bu qərarın tezliklə nəticələnməsini gözləmirəm. Ermənistan da yaxşı bilir ki, Azərbaycan növbəti müharibəyə maraqlı deyil. Biz də bilirik ki, Ermənistanən müharibə aparmaq potensialı yoxdur. Sadəcə, düşməni silahlandırıb impuls verənlər var”.

Ekspertin fikrincə, yeni münaqişə gözlənilmir, amma Ermənistana hərbi dəstək verənlərin siyasi məqsədləri var:  “Birincisi, regionu qarışdırmaq hədəfi mövcuddur. Bununla da Cənubi Qafqaza təsiri gücləndirmək niyyəti güdülür. Yəni silahı verən Avropa yaxşı başa düşür ki, Ermənistanın müharibəlik taqəti qalmayıb. İntəhası, regionda mövqeləri möhkəmləndirmək lazımdır. Bunu da Paşinyan iqtidarının əli ilə həyata keçirə bilərlər”.

Qarayeva Brüsselin addımlarının cavabsız qalmadığını düşünür: “Azərbaycan boş oturmayıb. Əvvəla, bu il büdcədən müdafiə xərclərinə ayrılan vəsaitə baxmaq lazımdır. Haıbuki sosial sahəyə yönəldə bilərdik. Amma Ermənistan kimi düşmənim olduğunu nəzərə almalıyıq. Üstəlik, müasir silahlar əldə edirik. Pakistan da artıq qırıcı təyyarələr verəcəyini açıqlayıb. Həmçinin İsrail və digər ölkələrlə silah alqı-satqısı aparılır. Bu da təsadüfi deyil. Azərbaycan yekun sülh sənədinə qədər bunu etməyə məcburdur, çünki düşmən silahlanır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

08.03.2025 08:28
2164