Ermənistan müdafiə naziri İranda

Ermənistanın müdafiə naziri Suren Papikyan İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə görüşüb.

Musavat.com bildirir ki, bu barədə nazirliyin mətbuat xidmətindən yerli mediaya məlumat verilib.

Görüş zamanı hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Musavat.com

07.03.2024 11:28
619