Ermənistan Milli Təhlükəsizlik Xidmətində Azərbaycan hərbçisinin sərhədi keçməsi ilə bağlı faktiki məlumat yoxdur.
Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a məxfi xidmət məlumat verib.
MTX-dən bildirilib ki, yeni məlumatlar əldə olunarsa, əlavə dəqiqləşdirmələr təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.
Nigar HƏSƏNLİ,
Musavat.com