Hər hansı problem olarsa, bu barədə məlumat verəcəyik. Tavuş kəndləri (Azərbaycanın Qazax rayonunun işğalda olan kəndləri nəzərdə tutulur – red.) ilə bağlı hər şey açıq və şəffaf şəkildə müzakirə olunur.
Bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan parlamentdə jurnalistlərlə söhbətində deyib.
Qeyd edək ki, Azərbaycan Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4-nün qaytarılmasını tələb edir.\\Axar.az