Ermənistan millisi Portuqaliyaya UDUZDU - VİDEO

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində İrəvandakı “Respublika” stadionunda Ermənistan millisi ilə Portuqaliya yığması qarşılaşıb.

Musavat.com "News.am"a istinadən xəbər verir ki, oyunda hesabı 10-cu dəqiqədə “Əl-Nasr” klubunun hücumçusu Joau Feliks açıb.

***

Qarşılaşmanın 21-ci dəqiqəsində Portuqaliya millisinin kapitanı, Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun 40 yaşlı hücumçusu Kriştiano Ronaldo fərqlənib. Hesab 0:2.

20:34

***

32-ci dəqiqədə “Əl-Hilal”ın müdafiəçisi Joao Kanselo 3-cü qolu vurub.

21:30

***

İkinci hissənin əvvəlində Kriştiano Ronaldo dubla imza ataraq millinin heyətində 140-cı qolunu vurub. Hesab 0:4.


21:35

***

61-ci dəqiqədə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Joau Feliks dubla imza atıb.

***

Ermənistan və Portuqaliya yığmaları arasında keçirilən oyun Ermənistan komandasının qapısından beş cavabsız qol keçirən portuqalların qələbəsi ilə başa çatıb.

Musavat.com

06.09.2025 22:00
3982