Ermənistan mediasından absurd Zod iddiası

Google Maps Zod (Sotk) mədəninin ərazisindəki sərhədi Azərbaycanın xeyrinə dəyişib. 

Musavat.com bildirir ki, erməni mediası belə bir iddia ilə çıxış edib. Bildirilir ki, Google-a görə hazırkı sərhəd xəritədə sarı, əvvəlki (təxminən) narıncı rəngdə göstərilib.

“Dəyişikliklərin nə vaxt edildiyi dəqiq bilinmir, lakin çox güman ki, 2023-2025-ci illərdə. Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası Google-un yox, SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının xəritələrinə əsaslanır. Lakin 2020-ci il müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələri onlayn xidmətin xəritələri əsasında keçmiş sovet sərhədində öz mövqelərini yerləşdirib”, erməni mediası absurd iddiasını davam etdirib.

Bizim şərh: Belə görünür ki, Ermənistanda hələ də sülhü dərk etməyən, sözünü, yerini bilməyənlər az deyil, o cümlədən mediada. Olsun, “Peşman olacaqlar!”

 

Musavat.com

daaa9d66-c7d8-4679-b29f-d3efd53e667f.jpeg (23 KB)

27.08.2025 22:12
1778