Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları bölməsinin müddətli həqiqi hərbi xidmət qulluqçusu A.A. Sünik vilayətində, ilkin məlumata görə, ona təhkim edilmiş avtomatdan açılan güllə nəticəsində ölüb.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün cinayət işi açılıb, ibtidai istintaq aparılır.