Ermənistan İctimai Radiosunda Bakı vaxtı ilə işləyən saat peyda olub - FOTO

“Bundan sonra “Radiolur” İctimai Radiosunun verilişində biz Bakı və Ankara vaxtlarına da diqqət yetirəcəyik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli jurnalist Alisa Gevorkyan Moskva, Ankara, İrəvan, Tiflis və Bakıdakı vaxtı göstərən, divardan asılmış üç saatın fotoşəkilini yayaraq yazıb.

“Ermənilərin Qarabağdan getməsi ildönümünə bu, ən gözəl hədiyyə idi”, - deyə, Gevorkyan yazıb.

Musavat.com

19.09.2024 17:12
417