Ermənistan Müdafiə Nazirliyinin hərbi kəşfiyyatının keçmiş rəhbəri, general-mayor Arayik Arutyunyan həbs edilib.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, o, həmçinin 2-ci Ordu Korpusunun keçmiş komandiri olub.
Qeyd olunub ki, buna səbəb onun fəaliyyətindəki pozuntlardır.