Ermənistan-Gürcüstan qapısında partlayış - VİDEO

Yanvarın 3-də Ermənistanın Gürcüstanla keçid məntəqəsindəki Lənbəli (Baqrataşen) keçid məntəqəsində, anbarda yanğın baş verib.

Musavat.com bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti yerli mediaya deyib.

Hadisə yerinə yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İlkin məlumata görə, anbarda pirotexniki vasitələr yanır.

@@TVmusavat/105129@@

Musavat.com

03.01.2025 15:56
1017