Ermənistan Gorus hava limanını işə sala bilmir

Ermənistan Gorus hava limanının yenidən işə salınması ilə bağlı yekun qərar qəbul edə bilmir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti sorğuya cavab olaraq bildirib.

Erməni mediası tərəddüdün səbəbini açıqlamayıb.

“Noyabrda nazirlikdən bizə bildirdilər ki, prosesə başlamaq üçün ilkin araşdırmalar aparılır”, - xəbərdə deyilir.

Musavat.com

21.07.2024 20:09
1307