Ermənistan geosiyasi hərraca çıxarılıb - Matevosyan 

“Çoxunun diqqəti Avropa İttifaqı və ABŞ-ın Ermənistana ayıracağı məbləğə yönəlib. Lakin problemin mahiyyəti məbləğdə deyil, Ermənistanın geosiyasi hərraca çıxarılmasındadır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Beniamin Matevosyan öz teleqram kanalında yazıb.

“Brüsseldəki görüş də bunu təsdiqlədi”, - deyə Matevosyan qeyd edib.

Qeyd edək ki, Brüsseldə keçirilən üçtərəfli görüşün yekunlarına əsasən, Aİ-nin yeni yardım paketi çərçivəsində Ermənistana 270 milyon avro qrant və daha 0,5 milyard avro ayıracağı açıqlanıb.

Musavat.com

05.04.2024 18:53
899