Ermənistan və Fələstin diplomatik münasibətlər qurduqlarını elan etdilər.
Musavat.com xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, müvafiq kommünike Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Fələstinin baş naziri Məhəmməd Mustafa tərəfindən imzalanıb.
Həmsöhbətlər regiondakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.