"Ermənistanın COP29-da iştirak edib-etməməsi ilə bağlı qərar hələ qəbul edilməyib".
Musavat.com erməni telegram kanallarına istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.
Qeyd edək ki, Ermənistanın bəzi siyasətçiləri və KİV-ləri COP29-un Bakıda keçirilməsinə qarşı anti-təbliğat aparır, Azərbaycanın bu tədbiri təşkil etməsini qəbul edə bilmirlər. Ermənistanın havadarı, Fransadan olan bəzi siyasətçilər də bu mövzuda İrəvanı dəstəkləyərək COP29-un boykot edilməsini təklif ediblər.
Bu anti-kampaniyanın səbəblərindən biri Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra regiondakı mövqeyinin güclənməsidir.
Azərbaycanın beynəlxalq tədbirə ev sahibliyi etməsi Ermənistanın bəzi dairələrində narahatlıq yaradır və erməni siyasətçilər bu vəziyyətdən öz müttəfiqlərinə təsir üçün istifadə edirlər.
Afaq,
Musavat.com