Ermənistan Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika yığır.
Musavat.com xəbər verir ki, izlədiyiniz bu kadrlar bizim postlardan çəkilib (Vedi rayonunun Arazdəyən (Yerarsx) kəndinin üstündəki hərbi məntəqədən).
Video Azərbaycan mediasında yayılandan sonra Ermənistan tərəfi bu fakta reaksiya verib.
İrəvan videonu inkar etməyib. Amma bildirir ki, bu, "...qoşunların adi rotasiyası, standart və sadə prosedurdur".
Videodan da göründüyü kimi, düşmən ölkənin bütün hərəkət perimetri və hər bir hərbi obyekti Azərbaycan ordusunun "ovcunun içinində"dir. Bu baxımdan, istənilən hərbi təxribatda Ermənistanın canlı qüvvəsi və hərbi texnikası Azərbaycan ordusu üçün legitim və asan hədəfə çevriləcək.
Musavat.com Ermənistanın bu hərəkətinin səbəbi ilə bağlı hazırladığı şərhin LİNKİNİ də təqdim edir.
@@TVmusavat/82028@@
Videolar Azərbaycan ordusunun qırmızı ilə işarə olunan hərbi postundan çəkilib
Musavat.com