Ermənistan sülh müqaviləsinin imzalanması prosesi yubanacağı təqdirdə Azərbaycanı hücum etməmək haqqında qarşılıqlı pakt imzalamağa dəvət edib.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ordu Gününə həsr olunmuş çıxışında deyib: "Biz Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmini tətbiq etməyi təklif etmişik. Həmçinin sülh müqaviləsinin imzalanmasının gözlənildiyindən daha uzun çəkəcəyi ortaya çıxarsa, hücum etməmək haqqında paktı imzalamaq təklif olunub".
Paşinyan həmçinin bildirib ki, heç nəyə baxmayaraq, sülh gündəliyinə sadiq olacaq.
Musaavt.com