“Ermənistan Türkiyənin təsir zonasına doğru inamlı addımlarla irəliləyir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli “Alternativ layihələr” qrupunun eksperti Vahe Ovannisyanın feysbuk səhifəsindəki yazıda əks olunub.
“Ən təhlükəli hadisələr Nyu-Yorkdakı çıxışla bağlı deyil, İrəvandakı boşluqla bağlıdır.
BMT-dən gələn təəssürat acınacaqlı oldu: təslim olduğunu bəyan edən mənasız Ermənistan heç kimin vecinə almadığı ağ bayraq qaldırıb. Ermənistan siyasi problem yaratmır, başına gələnlərə qarşı itaətsizlik ifadə etmir. Dünya ancaq qeyd edir ki, bu dövlətin deməyə sözü yoxdur.
Əvəzində Ərdoğanla görüş zamanı və ondan sonra siyasi bəyanat verildi. Ermənistan Türkiyənin təsir zonasına doğru inamlı addımlarla irəliləyir. Üstəlik, buradan hələ ki, müsbət cavab yoxdur.
Amma bu, ən pisi deyil.
Əgər Ermənistanda ona “hörmətli” deyə biləcək sosial təbəqə varsa, onun da öz “hörmətli”sini tapmağa mənəvi haqqı var. Belə çıxır ki, Türkiyə artıq Ermənistanda “hörmətli” təbəqədən sosial dəstəyə malikdir. Nyu-Yorkda çox təhlükəli ssenarinin üstü açılıb. Ermənistanın siyasi və sosial elitası buna necə müqavimət göstərir? Heç nə. Deməli, ən təhlükəli hadisələr Nyu-Yorkda deyil, İrəvanın boşluğunda baş verib”, - deyə revanşist ekspert qeyd edib.
Musavat.com