Erməninin qoyunları tapıldı - Deyir ki...

Sünik rayonunun Aravus kənd sakininin itən qoyunları tapılıb.

Ermənilər iddia edirdilər ki, qoyunları guya azərbaycanlı hərbçilər aparıblar. Baxmayaraq ki, Ermənistan Müdafiə Nazirliyi sərhəddə heç bir sızma olmadığını bildirmişdi.

Amma erməni ki, erməni... İddia edirdilər ki, qoyunları azərbaycanlılar aparıb. Bir gün sonra həmin erməni təxminən 200-ə yaxın qoyununu tapıb. Bildirib ki, qoyunların hamısı yerindədir.

Amma bildirib ki, qoyunları azərbaycanlılar aparmışdı və geri qaytarıblar.

Yenə də “erməni ki, erməni” deməkdən savayı əlac qalmır.

Azərbaycanlılar qoyunları aparmışdılarsa, niyə qaytarıblar? Üstəlik, hamısı da yerində olub.

Amma erməninin iddiasına inansaq belə, yenə də erməni ilə azərbaycanlının fərqi bəllidir: Erməni o qoyunları qaytarardı? Üstəlik, hamısını... Erməni ki, erməni... (Publika.az)

20.01.2024 16:17
1834