Ermənilərin yaşadığı evdən Azərbaycan SSR tərəfindən verilən sənədlər tapıldı – VİDEO

Baku TV Xankəndi şəhərində ermənilərin yaşadığı evlərdən birində olub.

Lentə alınan görüntülərdə evdə vaxtilə Azərbaycan SSR tərəfindən erməni sakinlərə verilən sənədlər aşkarlanıb.

Qeyd edilib ki, orta təhsili bitirmək haqqında attestat və şəhadətnamədən ibarət sənədlər Armida Abramyan adlı şəxsə məxsusdur.

Bu, bir daha onu göstərir ki, vaxtilə burada yaşayan erməniəsilli sakinlər Azərbaycanın onlara təqdim etdiyi sənədlərdən istifadə ediblər.

Ətraflı videonu təqdim edirik:

25.03.2024 17:43
1628