Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, ermənilərin alkoqollu məhsulunu konyak adlandırmaq olmaz.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, baş nazir konyakın Fransanın qeyri-maddi dəyəri olduğunu bildirib.
Bunun əvəzində Paşinyan erməni konyakını hətta ailələrdə belə “brendi” adlandırmağa çağırıb.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan da öz növbəsində əlavə edib ki, Aİ-nin köməyi ilə yerli istehsalçılar öz məhsullarını brendi kimi markalaşdırmağa başlayıblar.
Musavat.com