"Ermənistan ordusunu yenidən qurur. Hamı bilir ki, biz 44 günlük Vətən müharibəsində onların ordusunu darmadağın etdik. Lakin indi ermənilər yenidən hücum silahları almağa başlayıblar və bu heç də normal deyil. Onlarda belə bir anlayış var ki, Köçəryan və Sərkisyan ordunu İlham Əliyev kimi təmin və təchiz etmədi, müasir texnikalar almadı deyə Azərbaycan qələbə qazandı".
Musavat.com xəvər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib.
O, son günlər Ermənistanın hücum silahları almağını daha da intensivləşdirməsindən danışıb, bölgədə baş verənləri təhlil edib.
Verilişdən həmin hissəni təqdim edirik.
Musavat.com