Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələri sərhəddə təxribat törədib. Təxribat nəticəsində Azərbaycanın bir hərbi qulluqçusu yaralanıb. Buna cavab olaraq bu gün Dövlət Sərhəd Xidməti "Qisas əməliyyatı" keçirib. Rəsmi məlumata görə, Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, yaralılar var.
Onu da qeyd edək ki, yaralı hərbçimiz artıq cərrahi əməliyyat olunub, vəziyyətinin yaxşı olduğu bildirilir.
TV Musavat bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com