Ermənilərin Azərbaycan və Türkiyə bayraqlarını yandırmasına SƏRT REAKSİYA - Sizdə bir az abır-həya varsa, gəlin...

Xəbər verildiyi kimi, dünən axşam Ermənistanın paytaxtı İrəvanda Respublika meydanından Osmanlı Türkiyəsində erməni “soyqırımı” qurbanlarının xatirəsinə məşəl yürüşü keçirilib.

 Məşəl yürüşünün iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.

 

Türkiyəli ekspertlər Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına sərt təpki veriblər.

Hərbi ekspert, ehtiyatda olan polkovnik, Altınbaş Universitetinin əməkdaşı, doktor Eray Güclüer ermənilərin bu əməlini şiddətlə qınayıb:

“Müharibədəki ağır məğlubiyyətlərinə, savaşdan qaçmalarına, Azərbaycan ordusu tərəfindən darmadağın edilmələrinə bayraq yandırmaqla qarşılıq verməyə çalışırlar. Ürəkləri, gücləri varsa, meydan, ordu burada. Ermənistanın 10 min fərarisi var. Vətən müharibəsində azərbaycanlıların 7-dən 70-ə hər biri orduya yazılmağa tələsirdi. Siz bu millətləmi bacaracaqsınız? Vətənini sevən Azərbaycan ordusunun qarşısından niyə qaçdı? Sizdə bir az abır-həya varsa, gəlin, döyüşün. Onlar bu yolla sadəcə özlərinə ləkə yaxırlar”.

Daha ətraflı videoda:

Musavat.com

24.04.2024 13:24
1641