“Əgər yaxın günlərdə Azərbaycan Müdafiə Nazirliyinin məlumatları (mətndə həyasızlıqla dezinformasiya kimi təqdim olunub - red.) dayanmasa, Cermuk istiqamətindəki kimi daha bir genişmiqyaslı təcavüz gözləməliyik”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli hərbi ekspert Ayk Nahapetyan deyib.
Nahapetyanın “ağlı” ilə dediyi sözlərə görə, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatları onun ağır texnikadan istifadə etməklə bağlı niyyətini göstərir:
“Ermənistana qarşı yeni ittihamlar həm də Azərbaycan hücumunun planlaşdırılan miqyasını ortaya qoya bilər”.
Nahapetyan Rusiya və İranın köməyinə ümid bəslədiklərini söyləyib.
Musavat.com