Ermənilər və iranlılar Bakıdan bu fotoları paylaşdılar - SAXTADIR

Azərbaycana qarşı davamlı olaraq saxta məlumatlar yayması ilə tanınan, özünü Tehranın ATU universitetinin beynəlxalq əlaqələr üzrə PhD, Qafqaz üzrə ekspert kimi təqdim edən Ehsan Movahedian “X” platformasında bu qəbildən olan növbəti məlumatını paylaşıb.

O, əllərində İsrail və Azərbaycan bayraqları tutmuş bir neçə gəncin fotosuna belə bir şərh yazıb: Bakıda yaramaz insanlar küçərlərə çıxaraq sianoist rejimin Qəzza bölgəsindəki Rəfaha hücumunu və uşaq qatili olan faşist rejimi dəsətkləməyə çıxıblar. Anoloji halı hazırda Avropa və Amerikada da görmək mümkün deyil”. 

 0ec36df3da405993c5e8a964db6226971715150509.jpg (180 KB)

Movahedianın bu paylaşımını az sonra Rusiyanın “Vkontakte” sosial platformasında qeydiyatdan keçmiş “Arsax və Ermənistan” səhifəsi "Bakıda İsrailə dəstək aksiyası" şərhi ilə

 0c27c39c5e0b95863ca59b5dab32d8a41715150548.jpg (101 KB)

Braziliayada yaşayan erməni əsilli jurnalist Rogerio Anitablian isə "Azərbaycanlılar İsrailə dəstək üçün küçələrə axışıblar" şərhi paylaşıblar.

 c67f3d191f773e3264be8f3fdedbae241715150606.jpg (172 KB)

Faktyoxla Lab. bu məlumatın doğru olub-olmadığını araşdırmağa çalışıb.

“Tərsinə foto axtarış” metodu ilə axtarışa verdikdə, bəlli olur ki, foto 10 oktyabr 2023-cü ildə Kanadanın Toronto şəhərində “Mel Lastman” meydanında çəkilib. Bu barədə “X” platformasında qeydiyyatda olan “Azeri Times” profili paylaşım edib. Həmin şəxslərin Azərbaycandan köçüb getmiş yəhudi əsillilər olması ehtimal edilir.

 5214adf5771b5005acde9e43f40f33f71715150676.jpg (111 KB)

Fotoları “google maps” vasitəsilə analizi zamanı aşağıdakı detallar aşkar edildi ki, bunlar da iddialarımızı təsdiqləyir:

70c744ccb6a5f89f1415fcaab69ebe631715150700 (1).png (1.03 MB)

8fad5612b58876d5c41065175b1b46cb1715150717.png (867 KB)

Nəticə:

- Azərbaycana qarşı saxta məlumatlar yayması ilə tanınan iranlı təxribatçı Ehsan Movahedianın və erməni istifadəçilərin paylaşdığı fotolar yeni deyil və Bakıda çəkilməyib.

- Bu cür paylaşımlar Azərbaycana qarşı aparılan məkrli kampaniyanın tərkib hissəsidir.//Publika.az

09.05.2024 00:58
1665