Ermənilər təşvişdə: Amarası itirdiklərini, Xankəndinin qaranlıqda olduğunu yazırlar

Xocavənd ərazisindəki Amaras məbədi Azərbaycan ordusunun nəzarətinə keçib.

Musavat.com-un xəbərinə görə, bu barədə “Yaşamaq üçün ölkə” partiyasının üzvü Mesrop Arakelyan öz Facebook səhifəsində yazıb. Bildirib ki, Qarabağda vəziyyət “son dərəcə gərgin” olaraq qalmaqda davam edir. “Təmas xəttində döyüşlər davam edir. Amaras düşmən nəzarətinə keçdi. Xankəndi işıqsız qalıb”, Arakelyan əlavə edib.

Musavat.com

20.09.2023 02:35
3506