“Paşinyan Şuşaya girib, orada qətliam törətmək üçün 2700 nəfərlik əməliyyat qrupu hazırlayıbmış”.
Musavat.com xəbər verir ki, bunu “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Musavat-ın efirində deyib.
Rauf Arifoğlu bildirib ki, əməliyyat son 3 il ərzində keçiriləcəkmiş, lakin bu, mümkün olmayıb.
O qeyd edib ki, Paşinyanın imzası ilə hazırlanan əməliyyatın məqsədi 2700 nəfərlik qrupla böyük dövlət tədbirlərinin birində Şuşaya daxil olmaq, orada qətliam törətmək, Zəfərimizə kölgə salmaq olub.
Bütün bunları isə hazırda Azərbaycanda saxlanılan erməni separatçıları istintaq prosesində açıqlayıblar.
Azərbaycanın ayıq-sayıqlığı, proseslərə tam nəzarət etməsi nəticəsində bu, mümkün olmayıb.
Musavat.com