Xəbər verdiyimiz kimi, Mətbuat Şurası “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun yekunları ilə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, Şuşa Qlobal Media Forumunda iştirak edən jurnalistlərə hədə-qorxu dolu məktublar göndərilib:
“Onlar şantaja, terrora məruz qaldılar. Bəzi iştirakçılar hətta öz sosial şəbəkə hesablarını müvəqqəti qapatmaq məcburiyyətində qaldılar”.
Bəyanatda bildirilir ki, Ermənistanın 11 təşkilatı Şuşa Qlobal Media Forumunun iştirakçılarına müraciət ünvanlayaraq əcnəbi media mənsublarını qınayıb və onları Şuşanı tərk etməyə çağırıb.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elçin Mirzəbəylinin sözlərinə görə, Qarabağın erməni əhalisinin guya blokadada olduğuna dair iddianın irəli sürülməsi və xarici jurnalistlərdən mövzunu gündəmə gətirmək istənilməsi bu mühüm hadisəni siyasiləşdirmək və bundan mümkün dividend əldə etmək cəhdindən başqa bir şey deyildi.
Daha ətraflı “Xəzər TV”nin süjetində: