Ermənilər Qarabağı tərk edir - “Laçın” sərhəd-keçid məntəqəsindən YENİ VİDEO

Laçın rayonu ərazisində Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-buraxılış məntəqəmizdən yeni görüntülər yayılıb.

Musavat.com-un xəbərinə görə, görüntülərdən aydın olur ki, etnik ermənilər cavandan qocayadək “Laçın” sərhəd-keçid məntəqəsindən rahat və təhlükəsiz şəkildə keçərək Qarabağı tərk edirlər.

Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib. Bununla da, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub.

Musavat.com

29.09.2023 14:12
3228