Ermənistanda sorğu keçirilib və sakinlərdən Paşinyanın çıxışlarını dinləyib-dinləmədikləri soruşulub.
Musavat.com xəbər verir ki, cavab verən ermənilər ona qarşı heç də humanist fikir söyləməyiblər.
Verilən cavabları təqdim edirik:
▪️O kimdir ki, ona baxaq? Ona tüpürməyə belə layiq deyil.
▪️Adını belə çəkməyin.
▪️Heç nəyə qulaq asmıram, sadəcə kanalı dəyişirəm.
▪️Xeyr, qulaq asmıram.
▪️Oğlum, mənim 80 yaşım var, heç nə deməyimə ehtiyac yoxdur, sadəcə iyrənirəm.
▪️Mən ona qulaq asa bilmirəm. Onun səsi əsəblərimə təsir edir. Kanalı dəyişirəm.
Musavat.com