Tavuşun Kirants kənd sakini yaşadığı evin bağında delimitasiyadan sonra Azərbaycana keçəcək kiçik tikilini yandırıb.
Musavat.com xəbər verir ki, son günlər bu bölgədə belə hadisələrin sayı çoxalmaqdadır.
Delimitasiyadan sonra Azərbaycanın nəzarətinə qayıdacaq ərazilərdəki ağaclar kəsilir, yandırılır, tikililər dağıdılır.
Bu nümunədə erməni polisi vandallığın qarşısını almaq üçün hansısa hərəkət edir. Lakin yaxın zamanlara dair kadrlar hər kəsin yadındadır. İşğal olunmuş Kəlbəcər və Laçın ərazilərində illərlə qanunsuz məskunlaşan ermənilər meşələri, evləri, bütöv kəndləri yandırıb, hətta tualet unitazına qədər, hər şeyi söküb aparmışdılar.
Ağacları kəsib, maşınlara yükləyən ermənilərə dair onlarla videofaktlar hələ də internet məkanında dolaşmaqdadır.
İndi təqdim etdiyimiz video isə 24 may 2024 - cü ilə aiddir.
Bölgədə hər şey dəyişib, yalnız erməni xislətindən başqa.
Musavat.com