Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
Sözügedən məsələ ilə bağı görüntülər də yayılıb. Belə ki, Ermənilər Azərbaycan hərbçilərinin sərhəd-keçid məntəqəsi qurmasını lentə alıblar.
Musavat.com həmin görüntüləri təqdim edir: