Ermənilər HƏMAS-la birlikdə İsrailə qarşı terrora hazırdır - VİDEO - FOTO

Ermənilər HƏMAS-la birlikdə İsrailə qarşı terrora hazırdır

Musavat.com xəbər verir ki, erməni "Şəhid Nubar Ozanyan Alayı" fələstinlilər və Qüds erməniləri ilə həmrəylik nümayiş etdirərək videomüraciət yayıb. Erməni döyüşçüləri "sionist rejimlə döyüşməyə hazırdır".

Bu "alay" Suriyanın şimalında, kürdlərin terrorçu təşkilatlarının nəzarətindəki ərazilərdə yaradılıb və "Türkiyə Fəhlə-Kəndli Partiyası" (TİKKO) adlı terror qruplaşmasının dəstə başçılarından biri, "Türkiyə Marksist-Leninçi Kommunist Kəndli Partiyası" (TKP/ML) terror qruplaşmasının üzvü, "Orxan Bakırçıyan" kimi tanınmış Nubar Ozanyanın adını daşıyır.

N.Ozanyan 2017-ci ilin avqustun 14-də Suriyanın ər Rəkka bölgəsində məhv edilib.

Fələstin Azadlıq Təşkilatının (FATH) tərkibində terror fəaliyyətinə başlamış N.Ozanyan daha sonralar Birinci Qarabağ Müharibəsində erməni terrorçuların "Səlibçilər" dəstəsinin tərkibində Azərbaycana qarşı döyüşüb.

2014-cü ildən etibarən isə o, kürdlərin terror qruplaşmalarının heyətində Suriyanın şimalında fəaliyyət göstərib.

"Nubar Ozanyan Alayı"nın mərkəzi qərarjahı Suriyanın əl Həsaka bölgəsindəki Tel Tamar şəhərindədir.

 

13.10.2023 10:48
1837