Ermənilər Bakıya niyə gəlmədilər - Azərbaycandan ŞƏRHLƏR

Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən münaqişənin ölkəmizin zəfəri ilə başa çatması və bundan doğan sülh imkanları iki dövlət arasında etimad mühitinin formalaşdırılması üçün yeni ümidlər doğurmuşdu. Müharibə ilə nəticələnən otuz yeddi illik düşmənçilik artıq sülh imzalanmasına daha yaxın bir mərhələdə idi. İmzalanması nəzərdə tutulan sülh müqaviləsi ilə bağlı ümidlər olsa da, Ermənistanın Bakıya gəlməməsi və COP29-da iştirakdan imtina etməsi bu etimad mühitinə ciddi zərbə vurdu və Ermənistanın sülh istəyinə şübhələri artırdı.

Qarşı tərəfin belə bir qərarı iki ölkə arasında yaxınlaşma və sülh razılaşmasının əldə olunması imkanlarını məhdudlaşdırmaqla yanaşı, regionda vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Baxmayaraq ki, rəsmi Bakı Ermənistanın bu cür davranışlarına səbirli reaksiyar verir və sona qədər sülh imknlarını dəyərləndirəyə çalışır. Azəraycanın XİN başçısı Ceyun Bayramov Ermənistanın COP29-a qatılmamasını itirilmiş sülh fürsəti kimi şərh edib. Nazir bildirib ki, COP-un inklüzivliyini təmin etmək üçün Azərbaycan tərəfi konvensiyaya üzv bütün tərəflərə olduğu kimi, Ermənistana da dəvət göndərmişdi:

“Azərbaycanda COP-un keçirilməsi ilə bağlı qərar qəbul olunan zaman qarşılıqlı addımlar atılmışdı. Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onların konfransda iştirakını müşahidə etməmişik. Hesab edirik ki, bu da itirilmiş fürsətdir”.

XİN başçısı bəyan edib ki, 2024-cü ilin sonunadək Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması Ermənistanın mövqeyindən asılıdır.

“Ermənistanla sülh müqaviləsinin əsas maddələri razılaşdırılıb, lakin hələ də razılaşdırılması vacib olan məsələlər var ki, bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanması Ermənistandan asılıdır”.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə Ermənistanın tədbirə qatılmamaısnı belə şərh edib :

“Təəssüflə qeyd edim ki, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmir. Azərbaycan konvensiyanın üzvü olaraq bütün tərəflərə dəvət göndərib”.

Bundan əvvəl isə dövlət başçısı İlham Əliyev Ermənistanın konfransda iştirak etməməsi ilə bağlı bildirmişdi ki, Azərbaycan BMT-nin COP29 iqlim sammitində iştirak etmək üçün dəvət göndərib və tədbirdə iştirak edib-etməmək İrəvanın öz səlahiyyətindədir. Bu arada Ermənistan Xarici İşlər Nazirliyi qeyd edib ki, iştirak məsələsi danışıqların ümumi dinamikasından asılıdır.

Ermənistanın COP29 zirvəsinə qatılmaması, iki ölkə arasında formalaşdırılmaqda olan etimad mühitinə necə təsir edəcək? Bu qərar sülh müqaviləsi perspektivlərini zəiflədə bilərmi? Qarşı tərəfin bu addımı sülh prosesini hansı istiqamətə yönəldə bilər? Azərbaycanın bu vəziyyətdə strateji addımları necə olmalıdır?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu 

Mövzu ilə bağlı Musavat.com-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Erənistanın COP29 tədbitinə qatılmaması sülh prosesinə təsir etməyəcək. Onun sözlərinə görə, bunlar ayrı-ayrı məsələlərdir.

“Rəsmi Bakı da bu iki məsələni bir-birinə qarışdırmamağın tərəfdarıdır. COP 29 iqlim dəyişmələrini müzakirə etək üçün bir meydandır. Burada yüzlərlə dövlətin rəsmi şəxsi iştirak edir. Ermənistan nümayəndə heyyətinin tədbirə qatılmamasının bir neçə səbəbi var. Onlardan biri də odur ki, bu tədbir Bakıda keçirilir və COP29 Azərbaycanın imicini gücləndirir. Ermənistan isə bu məsələdə loru dillə desək, pay sahibi olmaq istəmir. Bu təbirdə Azərbaycanın təbiəti, gözəllikləri təqdi olunur. Ermənistan nümayəndə heyyəti isə tədbirə qatılsaydı, məcbur idi ki, bunları izləsin.Bu isə Paşinyan hakimiyyətini erməni radikalları ilə üz-üzə qoyardı. Ümumilikdə isə hesab edirəm ki, Ermənistanın tədbirdə iştirak etməməsi gələcək dnışıqlara təsir etməyəcək. Danışıqlar ayrı müstəvidə cərəyan edir. İnternet üzərindən yazışmalar davam edir. Bu gün Azərbaycanın XİN başçısı ir daha vurğuladı ki, sülh sazişinin böyük mətni hazırdır. Ona görə də Ermənistanın bu tədbirə qatılmaması bölgədə gərginliyi artırmayacaq və sülh danışıqlarına mənfi təsir göstərməyəcək. Ermənistan nümayəndə heyyəti gəlmirsə, bu onun şəxsi işidir. COP 29 Azərbaycanın yox, BMT-nin tədbiridir. Ermənistan bu tədbirə qatılmamaqla tək azərbaycana yox, elə BMT-nin özünə də xoş olmayan bir mesaj göndərdi”.

İlon Mask Ukrayna müharibəsi ilə bağlı Qərbin fikirlərini ictimaiyyətə  açıqladı” – Tofiq Abbasov

Tofiq Ababsov

Politoloq Tofiq Ababsov isə hesab edir ki, Ermənistanın COP 29-a qatılmaması Azərbaycanla münasibətlərinə təsir edəcək. Onun sözlərinə görə, Ermənistanın tədbiri baykot etməsində Qərb havadarlarının ciddi təzyiqi var:

“Ermənistanın COP29 tədbirinə qatılmamsı düşmənçilik yanaşmasından irəli gəlir. Həmişə ümidverici dialoq başlayanda Ermənistan iki-üç addım geri çəkilir. Bu ondan xəvər verir ki, Paşinyan hakimiyyətini barışıq niyyəti yoxdur. Öz məğlubiyyətləri ilə barışa bilmirlər. Revanşist qüvvələr heç cür sülhə imkan verir. Qərb Ermənistana ianələri, maliyyə yarımlarını Ermənistanın inkişafına görə yox, silah alıb müharibə aparması üçün verir.

Ermənistanın COP29-a gəlməməsi ilə Azərbaycan heç nə itirmədi, əksinə qazandı. Onlar buraya gəlib təxribat törədə bilərdilər, yaxud problem yarada bilərdilər. Fransa ilə cütləşib COP29-u baykot siyasəti həyata keçirirlər. Bu, Fransanın özü üçün biabırçı mənzərədir. Paris razılaşması ətrafında müzakirələr gedir Fransa özü bu məsələni baykot edir. Burada məntiq haradadır. Ümumiyyətlə, Ermənistan diplomatiyası olmayan bir məmləkətdir. Onun-bunun ağzına baxır. Prezident İlham Əliyev çıxışında belə təxibatçı dövlətlərə ironik şəkildə bildirdi ki, onlara “pis” xəbəri var: 196 ölkədən qonaqlar Azərbaycana gəlib və 73 mindən artıq qonaq Bakıdadır. Axı Fransa və digərləri bunu gözləmirdi , dünyaya COP2-u Azərbaycan tədbiri kimi tədim edirdilər . Halbuki Fransa öz bu prosesdə yaxından iştirak etməli idi. Bu ölkəyə rəhbərlik edən Makron və onun komandası görün nə dərəcədə cılızdılar ki, Paris sazişini Azərbaycanda keçirilir deyə baykot edir. Halbuki tədbirə gəlsəydi, münasibətləri Azərbycanla bərpa edə bilərdi. Azərbaycan heç vaxt Fransaya soyuq və ya qaynar müharibə elan etməyib. Münasibətləri gərginləşdirən Farnsa olub. Ermənipərəstliyi ilə Azərbaycanı xirtdəyə qədər boğaza yığıb. Bütün günü bar-bar bağırır ki, ermənilər dostmuzdur, bacımızdı və s. 30 il ərzində Fransa Ermənistana 600-700 milyon dollar civarında sərmayə yatırmısan. Azərbaycana isə 4 milyard dollar sərmayə yatırıb, neft-qaz sahəsində var, kimyəvi sahələrdə şirkətləri fəaliyyət göstərir. Belə olan halda Fransa oturduğu budağı niyə kəsir?!

Makon hakimiyyəti bütün istiqamətlərdə uduzub. Heç bir məsələni yoluna qoyub dvident götürə bimədi. Fransanı Afrikadan, Martinikadan, Qvadalupadan, Kanar adalarından qovdular. Qafqazda güclənib Azərbaycana hücuma keçməyi planalyırdı, bu da alınmadı. Çünki Azərbaycan diplomatiyaının gücünü düzgün qiymətləndirə bilməmişdi. Azərbaycan Fransanın bütün xarici ölkələrdə, qeyri-qanuni işğal etdiyi ərazilərdə müstəmləkəçilik siyasətini açıb ifşa etdi.

Ermənistan isə dinc və mehriban qonuluq şəklində yaşamağı bacarmır. Onlarda belə ənənə yoxdur. Ona görə də düşünürəm ki, Ermənistanın gəlməməyi gəlməyindən yaxşıdır. Paşinyan gəlsəydi, böyük bir dvident qazanardı. Göstərərdi ki, onun gələcəkdə Azərbaycanla sülh sazişinə imza atması planlarında var. Amma o, əksini etdi, Fransanın tapşırığı ilə tədbirə qatılmaqdan imtina etdi. Ermənistan dünyada mövcuddur, amma Qafqaz bölgəsində sıfır səviyyədədir. Nə fəaliyyəti, nə də interasiya layihələrində iştirakı var. Nə Gürcüstanla, nə Azərbaycan, nə də Türkiyə ilə Ermənistan normal münasibət qura bilməyib. Ermənistan üçün nicat yolu Qafqaz bölgəsindədir”.

Şahanə Rəhimli
Musavat.com

12.11.2024 18:19
695