Ermənilər Azərbaycan səfirliyinə hücum etdilər - VİDEO

 

Erməni lobbisinin Livandakı təmsilçiləri Azərbaycan səfirliyinin qarşısında təxribata cəhd ediblər.

"Report" TASS-a istinadən xəbər verir ki, təxribatın təşkilatçısı Ermənistanın "Daşnaksütyun" partiyasının yerli şöbəsi olub. Azərbaycanın Qarabağ bölgəsindəki separatçı qurumun özünü ləğv etdiyini elan etməsindən sonra 1500-dək erməni Azərbaycanın Livandakı səfirliyinə hücuma cəhd edib. 

Onlardan bəziləri səfirlik binasına daş atmağa başlayıblar.

Polis etirazçıları səfirliyin qarşısından uzaqlaşdırıb. Bununla da ermənilərin növbəti təxribatının qarşısı alınıb. 

28.09.2023 22:09
2271