Ermənilər ABŞ-da Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar

Ermənilər ABŞ-da Xocalı soyqırımının 31-ci ildönümündə Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar.

APA xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim tviterdə yazıb.

“Ermənilər bu gün Vaşinqtondakı səfirliyimiz qarşısında Xocalı soyqırımı zamanı müdafiəsiz azərbaycanlı uşaq, qadın və qocaların vəhşicəsinə öldürülməsini mahnılarla alqışlayırlar. Bu necə bir zehniyyətdir?!”, - deyə diplomat qeyd edib.

27.02.2023 02:33
941