Türk reper Ezhel sosial şəbəkələrdə linç olunub.
Musavat.com olay-a istinadən bildirir ki, buna səbəb onun Atatürk düşmənliyi ilə bilinən, erməni əsilli yazıçı Sevan Nişanyan ilə görüşməsi olub.
O, S. Nişanyanla şəklini instaqramda paylaşıb. Bundan sonra izləyicilər Ezheli tənqid edib.
Reperin bu addımını qınayan izləyicilərin çoxu onu instaqramda izləmədən çıxarıb.