Erməni vəkillərdən Rza Vəziriyə qarşı HƏYASIZ İDDİA 

ABŞ-ın Vaşinqtondakı federal məhkəməsində “Anglo Asian Mining PLC” şirkətinin amerikalı rəhbəri Məhəmməd Rza Vəziriyə qarşı qrup iddiası qaldırılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, iddia ABŞ-da fəaliyyət göstərən erməni hüquqşünaslar tərəfindən verilib.

Həmin iddiada Vəziri “Qarabağın Azərbaycan tərəfindən 7 aydır davam edən “blokada” nəticəsində ermənilərə işgəncələrdə” iştirakda ittiham olunur. Federal məhkəməyə şikayətdə xüsusi olaraq “Vəzirinin Qarabağın “blokadasında” Azərbaycana maliyyə yardımı göstərdiyi və təşviq etdiyi” iddia edilir.

Ərizə ABŞ-da yerləşən beynəlxalq hüquqşünas Karniq Kerkonyan və “Kerkonian Dajani LLP” hüquq firması tərəfindən vəkillər Arman Tatoyan, Qaro Qazaryan və Tatoyan Fondunun köməyi ilə qaldırılıb.

Musavat.com

17.07.2023 15:35
831