Erməni və azərbaycanlılar yaralandı - DƏHŞƏTLİ OLAY

Krasnodarın mərkəzində “Volkswagen”lə toqquşduqdan sonra “VAZ-2110” markalı avtomobil binaya çırpılıb. Eyni avtomobildə olan bir Ermənistan və iki Azərbaycan vətəndaşı xəsarət alıb.

Musavat.com Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Noyabrın 22-də axşam saatlarında “Volkswagen” markalı avtomobili idarə edən 46 yaşlı qadın yol kəsişməsində qeyri-qanuni dönmə edib, nəticədə “VAZ-2110” markalı avtomobillə toqquşub.

Toqquşmadan sonra “VAZ” yoluna davam etmək istəyərkən “Dzerjinski” küçəsindəki binalardan birinə çırpılıb.

Avtomobilin sürücüsü və iki sərnişin - 20 yaşlı Ermənistan və iki 19 yaşlı Azərbaycan vətəndaşı müayinə olunmaq üçün tibb müəssisəsinə aparılıb.

Qəza ilə bağlı inzibati araşdırma aparılır.

23.11.2023 14:39
2040